This is a specific ad

Ermənistan Rusiyada keçiriləcək BRİKS sammitində iştirak etməyi planlaşdırır

267

Another advertisement

Ermənistan hökuməti 2024-cü ilin oktyabrında Rusiyanın Kazan şəhərində keçiriləcək BRİKS sammitində iştirak edəcəyini təsdiqləyib.

QafqazTürk Media xəbər verir ki, Ermənistan Rusiya ilə son gərgin münasibətlərə baxmayaraq, Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək. Nikol Paşinyan Rusiyanın “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı”nı boykot etdiyini bəyan edib və heç bir tədbirdə iştirak etmir.

Qafqaz və Qara dəniz regionunun iki dövləti artıq BRİKS-in üzvüdür: təsisçilərdən biri olan Rusiya və 2024-cü ilin yanvarında alyansa qoşulan İran.

2024-cü ildə regionun daha iki ölkəsi – Türkiyə və Azərbaycan BRİKS-ə qoşulmaq üçün rəsmi müraciət edib.

Ermənistan BRİKS-ə üzv olmaq üçün nə rəsmi nə də siyasi müraciət edib. Ölkə Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərlə birlikdə sammitə dəvət olunub. Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Sarqis Xandanyan bildirib ki, Ermənistanın BRİKS sammitində iştirakı Qərblə münasibətlərə mane olmayacaq.

 

Kateqoriya: Dünya, Siyasət
Sonrakı yazı
Kim Çen İn 30-a yaxın dövlət məmurunu edam edib
Öncəki yazı
Ədliyyə Nazirliyində Süni İntellekt Hüquq Mərkəzi yaradılacaq