This is a specific ad

Ermənistan COP29-da niyə iştirak etmədi?

232

Another advertisement

Məlum olduğu kimi, Azərbaycan ev sahibliyi etdiyi COP29 sammitində iştirak üçün Ermənistana da dəvət göndərmişdi. İrəvandan tədbirdə iştirak edib-etməməklə bağlı yekun məlumat verilməsə də, Baş nazir Nikol Paşinyan yaxud xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycana səfər edəcəyi ilə bağlı məlumatlar yayılırdı.

Sammitin başladığı gün isə Mirzoyanın İsveçə iki günlük səfərə getdiyi açıqlandı. Ermənistanın COP29 sammitində iştirak etməməsi müəyyən suallar yaradır.

Bunun səbəbi nədir? Nə üçün indiyə qədər gəlib-gəlməməklə bağlı dəqiq məlumat verilmədi?

Politoloq Rəşad Bayramov Azərbaycan mediasına müsahibəsində deyib ki, Ermənistan müstəqil qərar qəbul etmək imkanında olan bir dövlət deyil.

“Bu günə qədər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlar, sülh danışıqları və digər məsələlər onu deməyə əsas verir ki, Ermənistan daim ayrı-ayrı ölkələrin maraqlarını icra etməklə məşğul olub. Ermənistan sülh sazişi ilə bağlı havadarlarından icazə almadan addımlar ata bilmir. Sülh sazişinin imzalanmasını gecikdirir. Görünən odur ki, COP29 sammitində iştirak üçün Ermənistana icazə verməyiblər”.

Politoloqun sözlərinə görə, COP29-u boykot edən ölkələrin başında Fransa gəlir.

“Ermənistanın böyük “bacısı” Fransa tədbirdə iştirakla bağlı İrəvana qadağa qoyub. Fransa, Kanada və ya digər Ermənistan havadarları COP-da iştirak etmədiyindən, rəsmi İrəvanın Bakıya gəlməsi yaxşı qarşılanmazdı”.

Sonrakı yazı
Qazaxıstan, Azərbaycan və Çin Bakı limanında intermodal yük terminalı tikəcək
Öncəki yazı
Rusiya Dövlət Duması könüllü uşaq sahibi olmamağın təbliğatı qadağasını nəzərdə tutan qanun layihəsini qəbul edib