“Ermənistanın Bakıda keçiriləcək COP29 iqlim sammitində iştirakı barədə danışmaq üçün hələ tezdir”.
QafqazTürk Media xəbər verir ki, bu bərədə Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasının deputatı Artur Ovanisyan deyib.
“Hazırda bu məsələyə cavabım yoxdur. Lakin qərar olarsa, hər kəs biləcək. Hesab edirəm ki, bu haqda danışmaq üçün tezdir”, – deyə o bildirib.
Ermənistanda səfərdə olan Fransanın xarici işlər naziri Stefan Sejurne keçirdiyi mətbuat konfransında Bakıya və İrəvana çağırış edib. O, Parisin iki ölkə arasında aparılan sərhədlərin delimitasiyası prosesini dəstəklədiyini deyib. Sejurne həmçinin bildirib ki, Azərbaycan COP29-a qədər sülhdə maraqlı olduğunu göstərməlidir.
Qeyd edək ki, Bakı bundan öncə Ermənistan rəsmilərini COP-29 sammitində iştiraka dəvət edib. Ermənistan hələlik bu dəvətə cavab verməyib. Sentyabrın əvvəlində Paşinyan deyib ki, COP29-da İrəvanın iştirakı regionda gedən proseslərdən asılı olacaq.