Another advertisement
Ermənistan ABŞ ilə birlikdə yeni atom elektrik stansiyası tikməyi planlaşdırır.
Qafqaztürk.com xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan “Ermənistan – Qərb Tərəfdaşlığı – Avropa İttifaqı, çağırışlar və imkanlar” adlı panel müzakirəsində çıxışı zamanı açıqlama verib.
Onun qeyd etdiyinə görə, danışıqlar vacib mərhələyə keçib.
“Yeni atom elektrik stansiyasının tikintisinə gəlincə, biz çox mühüm mərhələyə qədəm qoyduq. İndi biz ABŞ-la kosmosun hüquqi tənzimlənməsi məsələsini müzakirə edirik, onsuz biz irəli gedə bilməyəcəyik. Hələlik topun ABŞ-ın meydanında olduğunu deyə bilərəm. Biz ABŞ-da daxili proseslərin tamamlanmasını gözləyirik və bundan sonra işə başlayacağıq”, – deyə Qriqoryan bildirib.