This is a specific ad

Ermənistanın KTMT-nin sessiyasını boykot etməsinin səbəbi məlum olub

29

Another advertisement

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sessiyasını boykot etməsinin səbəbi məlum olub.

QafqazTürk.com xəbər verir ki,bu barədə ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

O, qeyd edib ki, Ermənistan KTMT-dən bir çox suallara cavab gözləyir. A.Qriqoryanın sözlərinə görə, Ermənistan 2021-ci ilin mayında və ötən ilin sentyabrında Azərbaycanla hərbi əməliyyatlar zamanı KTMT-dən yardım istəsə də, kömək almayıb.

“Bu andan başlayaraq bizim KTMT-yə çoxlu suallarımız var və indiyədək suallara cavab almamışıq”, – o deyib.

Eyni zamanda, Qriqoryan Ermənistanın üzvü olduğu KTMT-nin tədbirlərində iştirakdan imtina etməsini demarş adlandırmayıb və bunda problem görmədiyini bildirib.

“KTMT-nin davranışı ilə bağlı suallarımız var və biz həmkarlarımızın bu suallara cavab verəcəyini gözləyirik”, – Qriqoryan vurğulayıb.

O, Ermənistanın niyə KTMT-dən çıxmaması ilə bağlı suala cavab verərək bildirib ki, “Yerevanın siyasətini davam etdirməyin ən yaxşı yolu budur”.

Qeyd edək ki, Ermənistanın baş nazir Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sessiyasında iştirak etməyəcək. Toplantı noyabrın 23-də Belarusun paytaxtı Minskdə keçiriləcək.

Kateqoriya: Dünya
Sonrakı yazı
Dmanisidə 18 yaşlı gənc qətlə yetirilib
Öncəki yazı
ABŞ və Aİ Ermənistanı transatlantik müttəfiqlərə yaxınlaşdırmaq üçün sxem hazırlayır