This is a specific ad

Ermənistanın daxili işlər naziri və bir neçə yüksək vəzifəli məmur vəzifələrini tərk edib

269

Another advertisement

Ermənistanın daxili işlər naziri Vahe Qazaryan istefa verib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan yerli mətbuata bildirib.

“Nazirin istefa ərizəsi yazdığını təsdiq edirəm”, – Sarkisyan bildirib.

Bundan başqa, ərazi idarəçiliyi və infrastruktur naziri Qnel Sanosyan, Ali Məhkəmə Şurasının sədri Karen Andreasyan və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Sasun Xaçatryan istefa ərizələri yazıblar.

Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 14-də hökumətin iclasında hüquq-mühafizə orqanlarının və məhkəmə sisteminin işindən narazı olduğunu bildirib və qərarlar qəbul etməyə başlayacağını qeyd edib. Noyabrın 18-də baş nazir bir qrup yüksək rütbəli məmurdan istefa verməsini xahiş etdiyini açıqladı.

Kateqoriya: Dünya, Siyasət
Sonrakı yazı
19-20 noyabr tarixlərində hava şəraiti bu cür olacaq
Öncəki yazı
“Ukraynaya Rusiya hədəflərini vurmaq üçün raketlərdən istifadə etmək hüququnun verilməsi seçim olaraq qalır”-Jan-Noel Barro