This is a specific ad

Ermənistanın baş naziri Rusiyaya yollanıb

236

Another advertisement

Ermənistanın baş naziri Nikol Paşinyan BRİKS təşkilatının sammitində iştirak etmək üçün Rusiyanın Kazan şəhərinə yollanıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb.

Paşinyan artıq Kazanda İran prezidenti Məsud Pezeşkianla ikitərəfli danışıqlar aparıb və İranla əlaqələrin inkişafının Ermənistan üçün prioritet olduğunu qeyd edib.

Qeyd edək ki, Oktyabrın 22-də Rusiyada BRİKS sammiti açılıb. Burada 30-dan çox ölkənin nümayəndəsi, o cümlədən Çin sədri Si Cinpin, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və Hindistanın baş naziri Narendra Modi iştirak edir.

Hazırda 9 üzvdən (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləri) ibarət BRİKS 2006-cı ildə yaradılıb. Türkiyə, Suriya və Kuba üzvlük üçün müraciət edib.

Kateqoriya: Dünya, Siyasət
Sonrakı yazı
Avstriya və Almaniya Şimali Koreyanın Rusiyadakı qoşunlarına görə Şimali Koreya səfirlərini çağırıb
Öncəki yazı
საშიში სიმპტომები, რომლებიც შესაძლოა თავში სიმსივნეზე მიანიშნებდეს