This is a specific ad

Ermənistan və Avropa İttifaqı viza rejiminə yenidən baxılması ilə bağlı danışıqlara başlayıb.

290

Another advertisement

Ermənistan və Avropa İttifaqı viza rejiminə yenidən baxılması ilə bağlı danışıqlara başlayıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Sxinas ilə görüşdə bildirib.

“Mən şadam ki, münasibətlərimizdə nəzərəçarpacaq dəyişikliklər var: viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlar başlayır, Avropa Sülh Fondu vasitəsilə Ermənistan Respublikasına dəstək verilməsi barədə qərar qəbul edilib və biz bunu yüksək qiymətləndiririk”, – deyə Ermənistan hökumətinin başçısı qeyd edib.

Onun sözlərinə görə, Ermənistanda ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı müzakirələr gedir və buna görə də İrəvanın Avropa İttifaqı üzrə tərəfdaşlarının müşahidələrini və məsləhətlərini dinləməsi vacibdir.

Kateqoriya: Cəmiyyət, Dünya
Sonrakı yazı
Bu ölkə Ukraynaya 400 milyonluq yardım paketi ayırıb
Öncəki yazı
Gürcüstanın milli futbol komandası bu gün Albaniyanın futbol komandası ilə qarşılaşacaq