This is a specific ad

Ermənistan Ciliza kəndini Gürcüstana qaytarmağı planlaşdırır

63

Another advertisement

Ermənistan təkcə Azərbaycanla deyil, həm də Gürcüstanla sərhədlərin demarkasiyasına hazırdır.

QafqazTürk.com xəbər verir ki,Bununla bağlı Ermənistan KİV-də yayılan məlumata görə, İrəvan Gürcüstanla sərhəddəki Lori vilayətindəki Ciliza kəndini Tbilisiyə qaytarmağa hazırlaşır.

Qeyd olunur ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda ölkəsinə rəsmi səfərə gəlmiş gürcü həmkarı İrakli Kobaxidze ilə görüşündə də bu məsələni müzakirə edib.

“Bu gün biz Ermənistan və Gürcüstan arasında demarkasiya prosesinin intensivləşdirilməsi imkanlarını da müzakirə etdik”, – deyə Paşinyan Gürcüstanın baş naziri ilə görüşdən sonra bildirib.

Xatırladaq ki, Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiya və demarkasiya məsələsini 1992-ci ildən müzakirə edirlər. 1996-cı ildən isə iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya komissiyaları fəaliyyət göstərir, amma bu istiqamətdə işlər ləng gedir.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Gürcüstanın milli komandası Respublika meydanında
Öncəki yazı
Rusiyada terror aktı zamanı 100 nəfərin həyatını xilas edən 15 yaşlı İslama bir milyon VERDİ