This is a specific ad

Ərdoğanın gəlirləri və əmlakı açıqlandı

39

Another advertisement

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 5 milyon lirədən (təxminən 250 min dollar) çox borcu, mənzili və torpaq sahəsi var. O, əmanətləri yalnız türk lirəsi ilə saxlayır.

QafqazTürk.com xəbər verir ki, bu barədə dövlət başçısının Türkiyə mediasında yayımlanan gəlir bəyannaməsində bildirilib.

Bəyannamədən belə çıxır ki, Ərdoğan və həyat yoldaşı 2019-cu ildən İstanbulun Üsküdar rayonunda 7,7 milyon türk lirəsi (370 min dollar) dəyərində bir mənzilə, həmçinin 1988-ci ildən Qara dəniz sahilindəki Rizə vilayətində 0,2 hektar torpaq sahəsinə sahibdirlər. Prezidentin üç bank filialında 1,8 milyon lirədən (86 min dollar) çox vəsaiti var.

Dövlət başçısının həmçinin Mustafa Ərdoğana 5 milyon 390 min lirə (259 min dollardan çox) borcu da var. Yerli media həmin şəxsin siyasətçinin qardaşı olduğunu yazır.

Kateqoriya: Dünya
Sonrakı yazı
May ayında ən çox bahalaşan 10 məhsul
Öncəki yazı
ABŞ-də Azərbaycanın Müstəqillik və Silahlı Qüvvələr günlərinə həsr olunmuş tədbir keçirilib