This is a specific ad

Ərdoğandan ortaq türk əlifbası ÇAĞIRIŞI

54

Another advertisement

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bütün türk dövlətləri üçün vahid əlifbanın yaradılması təşəbbüsü ilə çıxış edib.

QafqazTürk.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TDT-nin Astanada keçirilən 10-cu liderlər sammitində deyib.

Onun sözlərinə görə, bu, dövlətlər arasında humanitar əlaqələri gücləndirər.

Dil bizim birliyimiz üçün çox vacibdir, ortaq əlifba çox vacibdir. Prezidentlərin dəstəyi də çox önəmlidir. Ali Təhsil Şurasımız təşkilatın katibliyinə öz tövsiyələrini verdi. Ümid edirik ki, bu, yüksək qiymətləndiriləcək”, – deyə Ərdoğan bildirib.

O, 2024-cü ildə vahid əlifbanın yaradılmasına başlamaq üçün işə çağırıb. Türkiyə prezidentinin sözlərinə görə, bütün türk ölkələri qarşılaşdıqları problemlərlə effektiv şəkildə mübarizə aparmaq üçün birlikdə olmalıdırlar.

Kateqoriya: Dünya
Sonrakı yazı
4-6 noyabrda gözlənilən hava şəraiti – PROQNOZ
Öncəki yazı
Astana sammitindən FOTOLAR