This is a specific ad

Ərdoğandan BMT-yə çağırış

263

Another advertisement

BMT Baş Assambleyası Təhlükəsizlik Şurası regiondakı hücumları dayandıra bilməsə, İsrailə qarşı güc tətbiq etməyi təklif etməlidir.

QafqazTürk Media xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, hazırda Ankara İsraili dayandırmaq üçün intensiv diplomatik iş aparır, bu işlərə xarici işlər naziri, Milli Kəşfiyyat rəhbəri və digər rəsmilər cəlb olunub.

“Beynəlxalq ictimaiyyət artıq bütün regionu yandıran İsrail quldurluğuna səssiz qala bilməz. Əgər BMT Təhlükəsizlik Şurası lazımi iradə nümayiş etdirməzsə, o zaman Baş Assambleya gücdən istifadəyə zəmanət vermək səlahiyyətinə malikdir və bu səlahiyyətlər təcili şəkildə işə salınmalıdır”, – deyə o bildirib.

Ərdoğanın sözlərinə görə, İslam ölkələri Qəzza zolağı, İordaniyanın İordan çayının qərb sahili və Livandakı təzyiqlərə aydın cavab verməlidir.

Qeyd edək ki, İsrail artıq Livanda məhdud quru əməliyyatına başlayıb.

Kateqoriya: Cəmiyyət, Dünya, Siyasət
Sonrakı yazı
Bədbəxt hadisə-Üç gənc həyatını itirdi
Öncəki yazı
Hər il bu ölkədə 50 mindən çox insan ilan sancması nəticəsində həyatını itirir