• 30 Noyabr 2023 02:27

Ərdoğan zəlzələ bölgəsində təbii qaz və elektrik enerjisi borclarının silinməsi barədə qərar verdi

Avatar photo

ByHacı Xəlilzadə

May 25, 2023

Türkiyədə fevral ayında baş verən dəhşətli zəlzələ nəticəsində evləri ağır və orta dərəcədə ziyan çəkən sakinlərin elektrik enerjisi və təbii qaz borcları silinib.

QafqazTürk.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq qərarı Türkiyə mediasında dərc olunub.

Qərara görə, bu tarixdən əvvəlki təbii qaz və elektrik enerjisi borcları sakinlərdən alınmayacaq.

Qərarın icra ediləcəyi vilayətlər Kahramanmaraş, Hatay, Qaziantep, Osmaniye, Malatya, Adıyaman, Adana, Diyarbəkir, Kilis və Şanlıurfadır.

52790cookie-checkƏrdoğan zəlzələ bölgəsində təbii qaz və elektrik enerjisi borclarının silinməsi barədə qərar verdi