Another advertisement
Martın 8-də Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə rəsmi səfəri çərçivəsində İstanbula səfər edib.
QafqazTürk.com xəbər verir ki, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Türkiyə Prezidenti Administrasiyasından görüşlə əlaqədar verilən məlumata əsasən, tərəflər arasında Ukraynada davam edən müharibənin gedişi, Taxıl Dəhlizi sazişinin davam etdirilməsi barədə son vəziyyət, bölgədə daimi sülh axtarışları ətraflı müzakirə olunub.
Həmçinin prezidentlər Türkiyə və Ukrayna münasibətləri barədə də fikir mübadiləsi aparıblar.