Ərdoğan yeni dövrə üç əsas hədəflə başlayacaq

0

Yeni dövrə sürətlə start verəcək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın üç prioritet hədəfi var.

QafqazTürk.com xəbər verir ki, Ərdoğan qarşısına üç məqsəd qoyub.

  1. İqtisadiyyatda inam və sabitlik üçün addımlar atılacaq.
  2. Bir il ərzində bir milyon suriyalının geri qaytarılması təmin ediləcək.
  3. Zəlzələ bölgələrində 650 min yaşayış evi tikiləcək.

Ərdoğanın yeni mərhələdə görəcəyi ilk işlərdən biri zəlzələdən zərər çəkənlər üçün tikilən evlərin tamamlanması olacaq. Fevralın 6-da baş verən və 11 vilayəti viran qoyan zəlzələlərin izlərinin silinməsi və dağılmış şəhərlərin bərpası istiqamətində atılan addımlar sürətləndiriləcək.

Bu yaşayış binalarından 319 mini bu ilin oktyabr-noyabr aylarında təhvil veriləcək. Zəlzələ zonasında yaşayış yerləri ilə yanaşı, məktəblər, sağlamlıq mərkəzləri, bazarlar, yaşıllıq ərazilər və kiçik sənaye sahələri də tikiləcək.

Seçki mərhələsində tez-tez gündəmdə olan suriyalıların geri qayıtması məsələsi Ərdoğanın yeni dövrdə atacağı prioritet addımlar sırasındadır. Türkiyə lideri bu günə qədər 600 min suriyalının ölkələrinə qayıtdığını açıqlayıb. Bu prosesi sürətləndirmək üçün yeni addımlar atılacaq.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Bu pendir ürək üçün zərərlidir
Öncəki yazı
Bolnisi şəhərində yolların abadlaşdırılması işləri davam etdirilir – FOTO