Ərdoğan Tramp və Putin arasında görüş keçirmək niyyətindədir

64

Ərdoğan Tramp və Putin arasında görüş keçirmək niyyətindədir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında görüş təşkil etmək niyyətindədir.

“Bu həftə biz Tramp və Putinlə danışıqlar aparmağa çalışacağıq və görək, bu iki liderin İstanbulda görüşünü təşkil edə biləcəyikmi”, – deyə Ərdoğan qeyd edib.

Xatırladaq ki, daha əvvəl İstanbulda Ukrayna və Rusiya nümayəndələri arasında üç dəfə danışıqlar keçirilib. İlk raund 16 mayda, ikinci 2 iyunda, üçüncü isə 23 iyulda baş tutub.

Öncəki yazı
26 iyul tarixinə olan valyuta məzənnəsi məlumdur