Ərdoğan: “Tezliklə ölkəmizdə ikinci və üçüncü AES-in tikintisinə başlanacaq”

7

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Akkuyu AES layihəsini Türkiyənin Rusiya Federasiyası ilə birgə həyata keçirdiyi ən böyük sərmayə adlandırıb.

QafqazTürk.com xəbər verir ki, o, bu barədə cümə axşamı Ankaradan videobağlantı vasitəsilə iştirak etdiyi stansiyaya ilk nüvə yanacağının çatdırılması mərasimində bildirib.

“Akkuyu stansiyası bizim Rusiya ilə ən böyük müştərək sərmayəmizdir. Öz adımdan və xalqım adından Rusiyaya və Prezident Vladimir Putinə təşəkkür edirəm. Tikintidə əməyi olan bütün işçiləri təbrik edirəm. Bir çox belə mühüm layihələr kimi, Akkuyu layihəsi də büdcəmizə yeni yük əlavə etməyən maliyyə modelinə uyğun həyata keçirilir. Bunun sayəsində Rusiya ilə birgə tezliklə ölkəmizdə ikinci və üçüncü analoji qurğuların tikintisinə başlanacaq”, – deyə Ərdoğan qeyd edib.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Laçın postu ilə bağlı daha bir xoş xəbər – FOTO
Öncəki yazı
Rusiya-Türkiyə əməkdaşlığının Türkiyə iqtisadiyyatına təsiri