Another advertisement
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Baş katibi Yens Stoltenberq ilə telefon danışığı aparıb.
QafqazTürk.com xəbər verir ki, bu barədə Baş katibin tvitter səhifəsində məlumat yayılıb.
O qeyd edib ki, telefon danışığı zamanı NATO sammiti müzakirə olunub.
“Çəkindirmə, müdafiə və terrorla mübarizə sahəsində vacib qərarlar verəcəyimiz NATO sammiti öncəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığım oldu. Biz İsveçin NATO-ya üzvlüyü üçün birgə işləməyə davam edəcəyik”, – Stoltenberq bildirib.