Ərdoğan: Şimali Kipr Türk Respublikasını suverenliyini müdafiəyə davam edəcəyik

68

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkilərinin ilkin nəticələri ilə bağlı sosial medyada paylaşım edib.

QafqazTürk Media  xəbər verir ki, Ərdoğan paylaşımında ilkin nəticələrə görə prezident seçilən Tufan Erhürmanı təbrik edib.

“ŞKTR-də keçirilən seçkilərin qeyri-rəsmi nəticələrinə görə bu gün prezident seçilən cənab Tufan Erhürmanı təbrik edirəm. ŞKTR-in demokratik yetkinliyini bir daha nümayiş etdirən, kiprli türk qardaşlarımızın iradəsini seçki qutusunda əks etdirən bu seçkinin ölkələrimiz və bölgəmiz üçün faydalı olacağına ümid edirəm. Türkiyə olaraq ŞKTR-in suverenlik hüquq və mənafelərini kiprli türk qardaşlarımızla birlikdə hər platformada müdafiə etməyə davam edəcəyik”, – Ərdoğan bildirib..

Qeyd edək ki, Şimali Kipr Türk Respublikasında (ŞKTR) oktyabrın 19-da keçirilən prezident seçkilərində ilkin nəticələrə görə, Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman qələbə qazanıb. O, adada federasiya qurulmasının tərəfdarı kimi tanınır.

Kateqoriya: Dünya
Sonrakı yazı
Dövlət Bağçalı: ŞKTR parlamenti təcili Türkiyəyə birləşməyə qərar verməlidir
Öncəki yazı
Alyaskada “Putin-Tramp” tunelinin tikintisi ilə bağlı müzakirələr başlayıb – Kirill Dmitriyev