Another advertisement
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Şurasının sədri Şarl Mişellə telefon danışığı aparıb.
QafqazTürk.com xəbər verir ki, bu haqda Türkiyə Prezident Administirasiyası məlumat yayıb.
Danışıq zamanı Şarl Mişel Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edib.
Regional məsələlərin də müzakirə olunduğu danışıqda Ərdoğan Türkiyənin Avropa üçün böyük strateji dəyəri olan Aİ-yə tamhüquqlu üzvlüyünə uyğun olaraq konkret və müsbət gündəmlə bütün səviyyələrdə təmasların artırılmasının vacibliyini bildirib.