This is a specific ad

Ərdoğan: Rusiya-Ukrayna müharibəsində timsah göz yaşı tökənlər bu gün minlərlə uşağın ölümünü səssizcə seyr edirlər

37

Another advertisement

“İsrail dərhal bu çılğınlığı və hücumları dayandırmalıdır”.

QafqazTürk.com xəbər verir ki,bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Fələstini dəstəkləyən mitinqdə bildirib.

O çıxışında deyib: “Dünən gecə İsrail Qəzzanı bombalamasını gücləndirərək, qadınları, uşaqları, günahsız mülki insanları yenidən hədəfə alıb və davam edən humanitar böhranı daha da pisləşdirib. İsrail dərhal bu çılğınlığı və hücumları dayandırmalıdır”.

Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Qəzzada baş verən hadisələrin əsas günahkarı Qərbdir:

“Dünən Rusiya-Ukrayna müharibəsində həlak olan dinc əhalinin üzərinə timsah göz yaşları tökənlər bu gün minlərlə günahsız uşağın ölümünü səssizcə seyr edirlər.

Qərb dünyası öz siyasətçilərini və mediasını Qəzza zolağında uşaqların, qadınların və günahsız insanların qətliamını qanuniləşdirmək üçün səfərbər edib, İsrail isə açıq şəkildə müharibə cinayətləri törədir. İnsanların öldürülməsi İsraili qətiyyən narahat etmir. Qəzza zolağındakı xaosa görə ən böyük məsuliyyəti Qərb daşıyır.

Biz Krımdan Qarabağa, Bosniyadan Kərkükə, Fələstindən Türküstana qədər bir çox çoğrafiya üçün göz yaşı tökmüşük. Şərqi və Cənub-Şərqi Anadoluda erməniləri, Egeydə, Mərmərə və Qara dənizdə yunanları təxribata çəkərək millətimizi məhv etməyə çalışanların bitməyən hesabları ilə qarşılaşırıq. Onların həqiqəti tərsinə çevirməsinə imkan verməyəcəyik.”, – deyə R. Ərdoğan bildirib.

Kateqoriya: Dünya
Sonrakı yazı
KİV: ABŞ-nin Suriyadakı bazası dron hücumuna uğrayıb
Öncəki yazı
“გაკვეთილი რამდენიმე წუთით ჩაიშალა, გაოცებულები მიყურებდნენ” – “დევნილი ბელადის” სიურპრიზი მარნეულელ მოსწავლეებს: ვინ არის გალელი პედაგოგი, რომლის სახალისო მეთოდმა ინტერნეტი მოიცვა