This is a specific ad

Ərdoğan Makrona tarix dərsi keçdi – “Külək əkənlər fırtına biçər”

11

Another advertisement

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransadakı etiraz aksiyaları ilə əlaqədar danışıb.

QafqazTürk.com Rəcəb Tayyib Ərdoğanın dediklərini təqdim edir:

Mora yarımadası sahillərində batan gəmi faiciəsində bunu bir daha müşahidə etdik. Yüzlərlə insanın ölümü Titanik gəmisini görməyə gedən 5 varlı qədər gündəm olmadı. Bu məzlum insanlar, Aralıq dənizi sularında hər il itirilən minlərlə insan qısa zamanda unuduldu. Bu, müstəmləkəçi, təkəbbürlü, qeyri-insani zehniyyətin hələ də mövcud olduğuna işarədir. Xüsusilə müstəmləkə keçmişi ilə tanınan ölkələrdə mədəni irqçilik institutsional irqçiliyə çevrilib. Fransada başlayan hadisələrin kökündə bu zehniyyət dayanır. Külək əkənlər fırtına biçər, hadisələrin kökündə müstəmləkəçilik dayanır. Sistematik təzyiq görənlər, gettolarda yaşamağa məhkum edilən mühacirlərin çoxu müsəlmandır. Təəssüf ki, zorakılıq zorakılığı doğurdu və bugünkü hadisələrə təkan verdi. Təbii ki, biz ictimai əmlakın dağıdılmasını, küçələrin yandırılmasını, mağazaların talan edilməsini təqdir etmirik. Küçə hadisələri ədalət axtarışının üsulu ola bilməz. Ancaq aydındır ki, hakimiyyət də sosial partlayışdan dərs çıxarmalıdır”.

Kateqoriya: Dünya
Sonrakı yazı
Zelenski Türkiyədə Ərdoğanla görüşəcək
Öncəki yazı
Gürcüstan səfiri Ukraynanı tərk edib