This is a specific ad

Ərdoğan Kılıçdaroğlunun layihəsi barədə: “Azərbaycanla qardaşlığımızı heç kim qıra bilməyəcək”

46

Another advertisement

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 14-də keçiriləcək seçkidə dövlət başçısı vəzifəsinə namizəd və Cümhuriyyət Xalq Partiyası (CHP) lideri Kemal Kılıçdaroğlunun Azərbaycanın “Tarixi İpək Yolunun dirçəldilməsi” layihəsinə daxil edilməməsini biabırçılıq adlandırıb.

QafqazTürk.com xəbər verir ki, bunu Türkiyə lideri TRT, “A Haber”, NTV, “CNN Türk”, “24 TV”, “Ülke TV”, “Tvnet”, “Haber Türk”, “TV100”, “Haber Global”, “TGRT Haber”, “Bengi Türk” və “Akit TV”nin birgə efirində jurnalistlərin suallarını cavablandırarkən deyib.

“İpək Yolu xətti məsələsi yenilik deyil, bu adam cahildir. CHP-nin bizə yaşatdığı rüsvayçılığı biz Qarabağ müharibəsində sildik. İndi, yəqin, yenə millətə utanc yaşatmağa söz verib, ona görə azərbaycanlı qardaşlarımızı görməzdən gəlir. Azərbaycanla Türkiyə arasında qurduğumuz qardaşlığı heç kim poza bilməyəcək. Artıq “İpək dəmiryolu”nu çəkmişik, sənin xəbərin yoxdur. Ağlına gələni deyib, ölkə hakimiyyətinə can atmaq olmaz. Qardaşım İlham Əliyev bunu çox gözəl ifadə etdi. Millətim bu fürsəti Kemal Kılıçdaroğluya verməyəcək”, – deyə o, bildirib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Dünya bazarında neft qiymətləri
Öncəki yazı
Ərdoğan seçkilərdən sonra Azərbaycana səfər etmək niyyətindədir