Ərdoğan İsveçin NATO-ya üzvlüyünü təsdiqlədi

1

Türkiyə İsveçin NATO-ya üzvlük protokolunu ratifikasiya edib.

QafqazTürk.com xəbər verir ki, bu barədə qərar Rəsmi Qəzetdə dərc olunub.

Qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təsdiq edib.

Sənəd bundan əvvəl Türkiyə Böyük Millət Məclisinin plenar iclasında müzakirə edilib. İsveçin NATO-ya qəbulunun lehinə 287 deputat, əleyhinə isə 55 deputat səs verib.

Türkiyə Böyük Millət Məclisinin Komissiyası İsveçin NATO-ya daxil olması ilə bağlı ratifikasiya protokolunu 2023-cü il dekabrın 26-da təsdiqləyib. Ölkə 2022-ci ildə NATO-ya üzv olmaq üçün müraciət edib.

Qeyd edək ki, İsveçin müraciətini təsdiq etməyən yeganə ölkə Macarıstandır. İsveçin Baş naziri Ulf Kristersson macarıstanlı həmkarı Viktor Orbanla fevralın 1-də Brüsseldə NATO-ya üzvlüklə bağlı görüş keçirəcək.

Mən hər ikimiz üçün əlverişli vaxtda Budapeştdə bu məsələni daha ətraflı müzakirə etməyi səbirsizliklə gözləyirəm. Fevralın 1-də Avropa İttifaqı Şurasının Brüsseldə keçiriləcək mühüm iclasında da görüşmək imkanımız olacaq”, – deyə İsveçin Baş naziri bildirib.

0
0
Kateqoriya: Maraqlı
Sonrakı yazı
ხანძარი თბილისში – ცეცხლი საბურავების ქარხანაში გაჩნდა
Öncəki yazı
,,ყინვა უფრო გაძლიერდება…“ – როგორი ამინდი იქნება თვის ბოლომდე