This is a specific ad

Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb

12

Another advertisement

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni Prezident sarayında rəsmi mərasimlə qarşılayıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası rəsmi “X” hesabında paylaşım edib.

İrakli Kobaxidze və Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş başlayıb.

Görüşlər zamanı iki ölkə arasında ticarət, enerji və nəqliyyat sahələri başda olmaqla, qarşılıqlı münasibətlər müzakirə ediləcək. Regional və beynəlxalq əlaqələrin də gündəmdə olacağı görüşlərdə xüsusilə Cənubi Qafqazdakı son vəziyyət ətrafında fikir mübadilələrinin aparılması gözlənilir.

Sonra Türkiyə Prezidenti ilə Gürcüstanın Baş naziri mediaya birgə açıqlama verəcəklər.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Qardabanidə qardaş öz bacısını öldürüb
Öncəki yazı
DİQQƏT! Ümumtəhsil pillələrində dəyişiklik edilir…