This is a specific ad

Ərdoğan: “Heç bir güc Türkiyənin yüksəlişinə, Türk əsrinin qurulmasına mane ola bilməyəcək”

23

Another advertisement

“Heç bir güc Türkiyənin yüksəlişinə, Türk əsrinin qurulmasına və millətimizin əsrlik hədəflərinə çatmasına mane ola bilməyəcək”.

QafqazTürk.com xəbər verir ki,bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Anıtqəbirdə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk vəfatının 85-ci ildönümünə həsr olunmuş keçirilən dövlət mərasimində çıxış edərkən deyib.

Xatırladaq ki, bu gün Türkiyə Cümhuriyyətinin qurucusu ulu öndər Mustafa Kamal Atatürk vəfatının 85-ci ildönümündə Anıtqəbirdə dövlət mərasimi ilə anılıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi kortejdə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Prezident kabinetinin üzvləri, CHP sədri Özgür Özəl, MHP sədri Dövlət Baxçalı, İYİ Partiyasının sədri Meral Akşener, ali məhkəmə orqanlarının rəhbərləri, Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri olublar. Silahlı Qüvvələrin komandanlığı, siyasi partiyaların nümayəndələri, bürokratlar və digər dövlət rəsmiləri də tədbirdə iştirak ediblər.

Kateqoriya: Dünya
Sonrakı yazı
Rusiya işğalçı qüvvələri tərəfindən qətlə yetirilən Tamaz Qinturi hərbi şərəflə dəfn edilib
Öncəki yazı
Qəzza zolağında ölənlərin sayı açıqlandı