This is a specific ad

Ərdoğan Gürcüstan, Azərbaycan və Türkiyə arasında imzalanmış sənədi təsdiqlədi

53

Another advertisement

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstan, Azərbaycan və Türkiyə hökumətləri arasında Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması məqsədilə ilkin məlumat mübadiləsini nəzərdə tutan sazişi təsdiqləyib.

QafqazTürk.com xəbər verir ki, bu barədə yeni qanunvericilik və digər rəsmi elanları dərc edən Türkiyə Respublikasının Rəsmi Qəzeti məlumat yayıb.

Məlumatda bildirilib ki, sənədin məqsədi hər üç dövlətin ərazisindən keçməklə Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi çərçivəsində tranzit qaydada daşınan yüklərə dair gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumatların elektron mübadiləsinin həyata keçirilməsidir.

Kateqoriya: Dünya
Sonrakı yazı
Sadaxlı kəndində iftar süfrəsi açılıb
Öncəki yazı
Xonidə avtomobil qəzası baş verib – 20 yaralı