Another advertisement
“Ermənistanla münasibətlərin normallaşdırma prosesini Azərbaycanla koordinasiyalı şəkildə davam etdirəcəyik“.
QafqazTürk.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
O qeyd edib ki, Qarabağın 30 ildən sonra azad edilməsi nəticəsində münasibətlərin normallaşması üçün şərait yaranıb.
Ərdoğan Türk dünyasının güclənməsi üçün bütün lazımi addımları atacağını vurğulayıb.
Türkiyə lideri NATO-nun genişlənməsindən, Qəzzadakı müharibədən də bəhs edib. Ərdoğan paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılması zəruri olduğunu deyib.