Another advertisement
“Biz Qarabağda, Liviyada hansı mövqedəyiksə, Yaxın Şərqdə də eyniyik”.
QafqazTürk.com xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “Böyük Fələstin Mitinqi”ndə çıxışı zamanı bildirib.
O, Qərbi yeni müsəlman-xristian qarşıdurmasını yaratmağda ittiham edərək, Qəzzada insanların ölümündə də məhz Qərbin günahkar olduğunu vurğulayıb:
“Rusiya-Ukrayna mharibəsində ölənlər üçün timsah göz yaşı tökənlər Qəzzada ölən uşaqlar üçün səsini çıxarmır. Biz Krımdan Qarabağa, Bosniyadan Kərkükə, Fələstindən Türküstana qədər bir çox çoğrafiya üçün göz yaşı tökmüşük”.
Ərdoğan, həmçinin HƏMAS-ın terror təşkilatı olmadığına dair açıqlamasının gözlənilən olduğunu əlavə edib.