Another advertisement
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovla əməkdaşlıq haqqında sənədlər imzalayıb.
QafqazTürk.com xəbər verir ki, Ərdoğan imzalanma mərasimindən sonra bir sıra bəyanat verib.
O qeyd edib ki, Türkmənistan qazının dünya bazarlarına çıxarılması üçün Azərbaycanla üçtərəfli əməkdaşlıq vacibdir.
“Türkmənistan enerji ehtiyatlarına görə regionumuzun və dünyanın qabaqcıl ölkələri sırasındadır. Türkmənistan təbii qazının Türkiyə üzərindən dünya bazarlarına tədarükü strateji dəyər qazanıb və burada Azərbaycanla əməkdaşlıq vacibdir”, – deyə Ərdoğan bildirib.