Another advertisement
Ərdəbildə məktəblilərə Azərbaycan dilində kitablar paylanılıb.
QafqazTürk.com xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalında video yayımlanıb.
Aksiyanı Güney Azərbaycanın milli fəalları Beynəlxalq Ana Dili Günü münasibətilə həyata keçiriblər.
Məlumat üçün qeyd edək ki, fevralın 21-də bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-də Beynəlxalq Ana Dili Günü elan edilib.
https://t.me/AzadIranTelegram/33044