This is a specific ad

Entoni Blinken – Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratması sülh prosesinə etimadın yaradılması səylərini sarsıdır

87

Another advertisement

“Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratması sülh prosesinə etimadın yaradılması səylərini sarsıdır.”– ABŞ Dövlət Departamentinin verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə söhbəti zamanı deyib.

Entoni Blinkenlə İlham Əliyev arasında telefon danışığı olub. ABŞ Dövlət Departamentinin məlumatına görə, Entoni Blinken Azərbaycan-Ermənistan sülh danışıqlarının əhəmiyyətini vurğulayıb və ABŞ-ın sülh prosesinə dəstək verəcəyini bildirib.

Məlumatda qeyd edilir ki, ABŞ dövlət katibi Azərbaycan prezidentinə Laçın dəhlizinin kommersiya və şəxsi avtomobillər üçün açılmasının vacib olduğunu deyib.

Qeyd edək ki, bir gün əvvəl ABŞ dövlət katibi Ermənistanın baş naziri Nikol Paşinyanla danışıb.

Sonrakı yazı
Şalva Papuaşvili – 29 aprel növbədənkənar seçkilər gürcü seçicilərinin “Gürcü Arzusuna” və onun siyasətinə artan dəstəyini inandırıcı şəkildə göstərdi
Öncəki yazı
Gürcüstan sudan istifadə ilə əlaqədar yeni qaydalar tətbiq edilə bilər – ƏTRAFLI