Another advertisement
“ABŞ Ukraynadan müvafiq müraciət alacağı təqdirdə, gələcəkdə ona daha çox silah verməyə hazırdır,”– QafqazTürk xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken jurnalistlərə müsahibəsində bildirib.
Blinken qeyd edib ki, ABŞ müharibənin ilk günündən Ukraynanı Rusiyanın təcavüzündən qorumaq üçün lazım olan hər şeyə malik olmasını təmin etməyə çalışır.
“Ukraynada silah azlığı olsa, bizə bildirsinlər. Biz hər şeyi edəcəyik ki, bu silah azlığını həll edək”, – Blinken bildirib.
Xatırladaq ki, sünən Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Ukraynanın əks hücuma keçməsi üçün hələ bir az vaxt lazımdır. Onun dediyinə görə, döyüş briqadaları hazırdılar, lakin orduya yenə də zirehli texnika lazımdır.