This is a specific ad

Entoni Blinken: ABŞ Ukraynaya daha çox silah verməyə hazırdır, əgər buna ehtiyac və tələb olarsa

71

Another advertisement

“ABŞ Ukraynadan müvafiq müraciət alacağı təqdirdə, gələcəkdə ona daha çox silah verməyə hazırdır,”– QafqazTürk xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken jurnalistlərə müsahibəsində bildirib.

Blinken qeyd edib ki, ABŞ müharibənin ilk günündən Ukraynanı Rusiyanın təcavüzündən qorumaq üçün lazım olan hər şeyə malik olmasını təmin etməyə çalışır.

“Ukraynada silah azlığı olsa, bizə bildirsinlər. Biz hər şeyi edəcəyik ki, bu silah azlığını həll edək”, – Blinken bildirib.

Xatırladaq ki, sünən Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Ukraynanın əks hücuma keçməsi üçün hələ bir az vaxt lazımdır. Onun dediyinə görə, döyüş briqadaları hazırdılar, lakin orduya yenə də zirehli texnika lazımdır.

Sonrakı yazı
Marneulidə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş klublar arası cüdo yarışı keçirildi
Öncəki yazı
Ərdoğan: “14 mayda Türkiyədə yüz ilin miladı olacaq”