“Ən yaxşı prezident Mixail Kavelaşvili olacaq”-İrakli Kobaxidze

151

“Əvvəlki illərdə Prezident İnstitutunun reputasiyası xeyli zədələnmişdi – Mixail Kavelaşvilinin missiyası Prezident İnstitutunun itirilmiş reputasiyasını bərpa etmək olacaq”.

QafqazTürk Media xəbər verir ki, baş nazir İrakli Kobaxidze bu barədə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, ən yaxşı prezident Mixail Kavelaşvili olacaq.

“İki gündən sonra Mixail Kavelaşvilinin andiçmə mərasimi olacaq. Onun çox vacib və çətin funksiyası var. Əvvəlki illərdə Prezident İnstitutunun reputasiyası xeyli zədələnmişdi. Mən burada indiki prezidenti nəzərdə tutmuram, əvvəlki prezidentləri də nəzərdə tuturam. Mixail Kavelaşvilinin missiyası Gürcüstan Prezidenti İnstitutunun itirilmiş reputasiyasını bərpa etmək olacaq. Əminəm ki, Mixail Kavelaşvili bunu ən yaxşı şəkildə bacaracaq. O, vətənpərvər, öz ölkəsini sevən layiqli insandır və ölkəmiz üçün ən yaxşı prezident olacaq”, – deyə İrakli Kobaxidze bildirib.

Sonrakı yazı
“Slovakiya Ukraynadakı münaqişənin həlli üzrə danışıqlar üçün platforma olmağa hazırdır, biz buna qarşı deyilik”-Vladimir Putin
Öncəki yazı
Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası tərəfindən hazırlanmış Ukraynada sülhün təmin edilməsi təklifini qəbul etməyib