This is a specific ad

Elon Maskın “StarLink” interneti Gürcüstandadır

32

Another advertisement

Elon Maskın “StarLink” interneti Gürcüstanda fəaliyyətə başlayıb.

QafqazTürk.com xəbər verir ki, şirkətin qərarına əsasən, Tbilisi Texnologiya Parkı Gürcüstanda Starlink peyk antenası və marşrutlaşdırıcının yerləşdirildiyi ilk təşkilatdır.

Starlinkin Gürcüstan bazarına daxil olmasından əvvəl İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin rəhbərliyi ilə Starlink layihəsinin aid olduğu SpaceX şirkəti arasında fəal əlaqə yaranıb.

Qeyd olunan görüşlərin nəticəsi olaraq Gürcüstan SpaceX-in əhalini peyk interneti ilə təmin edəcəyi regionda ilk pilot ölkələrdən biri hesab olunur.

Qeyd edək ki, SpaceX sınaq prosesində iştirakını təmin edən tərəfdaş proqrama Gürcüstan texnoparklarını daxil edib. Gürcüstanın bütün texnoloji parkları yaxın gələcəkdə Starlink İnternetindən tam istifadə edə biləcəklər.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Günəş aktivliyinin pik həddə çatacağı vaxt
Öncəki yazı
Tbilisidə Qurani-Kərim mövzusunda beynəlxalq konfrans keçirilib – FOTO