Another advertisement
Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş iyulun 15-də Brüsseldə baş tutacaq.
QafqazTürk.com xarici mediaya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
Paşinyan üçtərəfli görüşdə iştirakını təsdiqlədiyini deyib.
“Ümid edirəm ki, danışıqlarda irəliləyiş əldə oluna bilər“, – Ermənistan Baş naziri vurğulayıb.