This is a specific ad

Əli Əsədov: Gürcüstanda tarixən Azərbaycan xalqının mədəniyyətinə rəğbət bəslənilib

15

Another advertisement

“Azərbaycan və gürcü xalqlarının əsrlər boyu dostluq, mehriban qonşuluq, sülh və qarşılıqlı anlaşma şəraitində yaşamasını şərtləndirən əsas amil tarixi köklərə söykənən mədəni əlaqələr olub”.

Qafqaztürk xəbər verir ki, Tbilisidə Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının təməlqoyma mərasimində Baş nazir Əli Əsədov deyib.

O bildirib ki, həm Azərbaycanda, həm Gürcüstanda tarixən xalqlarımızın milli-mənəvi dəyərlərinə, mədəniyyətinə, dilinə, dininə, incəsənətinə, ədəbiyyatına böyük hörmət və xüsusi rəğbət bəslənilib.

Baş nazir qeyd edib ki, 1872-ci ildə əsası qoyulan Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının uzunmüddətli fəaliyyəti dövründə gürcü, Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin ölməz əsərləri böyük uğurla səhnələşdirilib:

“Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına müasir tərzdə yeni nəfəs verilməsi tarixi hadisədir. Teatrın yeni binasının Tbilisi şəhərinin önəmli gözəl guşəsində yerləşməsi ilə bağlı qərarı çox yüksək qiymətləndiririk”.

O bildirib ki, müasir dövrdə Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili bizə miras qalan zəngin tarixi ənənələri yaşadır və demokratiya yolu ilə inkişaf edən müstəqil dövlətlərimizin milli maraqlarını qoruyaraq onları daha böyük nailiyyətlərə doğru aparır:

“Ümidvaram ki, bu gün təməlini qoyduğumuz bu teatrın peşəkar yaradıcı kollektivi burada yaradılacaq gözəl şəraitdən layiqincə istifadə edəcək, yeni layihələrlə və tamaşalarla Tbilisi şəhərinin mədəni həyatında fəal rol oynayacaq.Bu isə, öz növbəsində, Azərbaycan-Gürcüstan mehriban qonşuluq, dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verəcək”.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Tbilisidə Heydər Əliyev adına Azərbaycan Dram Teatrının yeni binasının təməli qoyulub
Öncəki yazı
Gürcüstan vətandaşının idarə etdiyi yük maşını Şəkidə aşıb