Bu gün Marneuli merliyinə 5 nömrəli “Bizim Vahid Gürcüstan ” partiyasından namizədliyini irəli sürmüş Əli Bədirov sosial şəbəkədə açıqlama yayaraq bildirib ki, “Lelo” Partiyasının Marneuli merliyinə namizədi televiziya debatlarına qatıla bilməyəcək.
“Bir televiziya kanalı Marneuli merliyinə namizədlərin debatını keçirməyi planlaşdırır. Təəssüf ki, ‘Lelo’nun namizədi gürcü dilini bilmədiyinə görə bu debatlarda iştirak edə bilmir.” – Ə. Bədirov öz rəsmi Facebook səhifəsində bildirib.