Another advertisement
BBC-nin məlumatına görə, Mərakeşə istirahətə gələn 4 turist dəniz skuteri sürərkən özlərini Əlcəzairin nəzarətində olan sahil sularında görüblər və bu səbəbdən ölkənin sahil mühafizəsi onlara atəş açıb. Qəza nəticəsində iki turist həlak olub.
Ölənlərdən biri 29 yaşlı Bilal Kisiadır.Mətbuata açıqlama verən Bilalın qardaşı Məhəmməd deyir ki, turistlər çimərkən yollarını azıb və təsadüfən Əlcəzair sularına düşüblər. Bu zaman sahil mühafizəsi atəş açıb”.Mənə güllə dəyməyib, qardaşım həlak olub. Ona beş güllə atıldı”, – Məhəmməd deyir.
Ölən ikinci şəxsin kimliyi açıqlanmayıb.Mərakeş hökuməti atışma ilə bağlı şərh verməkdən imtina edib.