Another advertisement
Qaz partlaması nəticəsində halı pisləşən Ələddin Qarabağlı xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, o Maarif təşkilatının və qəzetinin rəhbəridir.
QafqazTürk Media xəbər verir ki, hazırda əldə olan məlumata görə, o Tbilisi yanıq xəstəxanasında müalicə alır.
Hadisə Ələddin Qarabağlı ofisdə olarkən baş verib. Ofisə daxil olarkən, onun qaz sızmasından xəbəri olmayıb və işığı yandırıb.
Nəticədə içəri qaz dolduğuna görə partlayış baş verib.