Bu gün acı xəbər aldıq: “Maarif” qəzetinin baş redaktoru və “Gürcüstan Maarif Təşkilatı”nın rəhbəri, yaxın dostumuz Ələddin Qarabağlı qaz sızması nəticəsində baş vermis partlayışdan sonra Tbilisidə xəstəxanaya yerləşdirilib.
Mən həm rəhbərlik etdiyim Gürcüstan Azərbaycanlıları Konqresi və Qafqaz Türk Media qrupu adından, həm də öz adımdam hörmətli Ələddin müəllimə şəfalar diləyirəm!
O, bizim maarif qartalımız, maarif fədaimizdir. Məhz onun təşəbbüsü ilə ölkəmizdə fəaliyyət göstərən azərbaycandilli məktəblərin şagirdləri arasında “Ana dilimiz – varlığımızdır” mövzusunda ilk dəfə inşa yazı müsabiqəsi keçirilib.
Maarif qartalımız, dəyərli ziyalımız Ələddin müəllimə uca Allahdan şəfalar diləyirik!
Bütün dostlarımdan Ələddin müəllim üçün dualar etmələrini rica edirəm.
Bu hadisədən xəbər tutanda çox üzüldüm.
Xəstəxana ilə əlaqə saxladım.
Uca Allah ağsaqqal ziyalımıza yar və yardımçı olsun!
Hüseyn Yusubov
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri