“Donald Tramp qeyd edib ki, onun məqsədi ABŞ strukturlarını “Dərin Dövlətdən”, hər cür israfçılıqdan azad etməkdir, bunu etsə, birbaşa Gürcüstanın maraqlarına müsbət təsir göstərəcək”.
QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze bugünkü mətbuat konfransında bildirib.
İrakli Kobaxidzenin qeyd etdiyinə əsasən, önəmli olan hər hansı başqa siyasətçinin nə edəcəyi deyil, Donald Trampın nə edəcəyidir.
“Əhəmiyyətli olan Donald Trampın nə edəcəyidir. Donald Tramp bəyan edib ki, onun məqsədi ABŞ strukturlarını “Dərin Dövlətdən”, hər cür israfçılıqdan azad etməkdir, əgər bunu edərsə, bu, birbaşa Gürcüstanın maraqlarına təsir edəcək və belə bir şəraitdə iki ölkə arasında münasibətlər daha da yaxşılaşacaq.”, – deyə İrakli Kobaxidze bildirib.