This is a specific ad

Əhməd əl-Şaraa Suriyanın yeni prezidenti təyin edilib

20

Another advertisement

Əhməd əl-Şaraa Suriyanın yeni prezidenti təyin edilib.

QafqazTürk Media xəbər verir ki,  bu barədə BBC məlumat yayıb.

Suriya mətbuatının məlumatına görə, Suriyanın faktiki lideri Əhməd əl-Şaraa ölkənin “keçid dövrü”ndə prezident vəzifəsini icra edəcək.

Həmçinin Suriya üsyançılarının hərbi komandiri Həsən Əbdül Qani Suriyanın 2012-ci il konstitusiyasının ləğv edildiyini və keçmiş rejimin parlamenti, ordusu və təhlükəsizlik xidmətlərinin buraxıldığını bəyan edib.

Əhməd əl-Şaraa yeni konstitusiya təsdiqlənənə qədər Suriyanı idarə etmək üçün ona müvəqqəti qanunvericilik şurası yaradacaq.

Xatırladaq ki, Əhməd əl-Şaraa başçılıq etdiyi suriyalı üsyançılar dekabrın 8-də Dəməşqi ələ keçirərək Suriyanın keçmiş prezidenti Bəşər Əsəd rejimini devirmişdilər. Keçmiş prezident Bəşər Əsəd Rusiyaya qaçıb.

 

Kateqoriya: Dünya
Sonrakı yazı
İçərisində 64 nəfərin olduğu sərnişin təyyarəsi hərbi helikopterlə toqquşub
Öncəki yazı
Putinlə Paşinyan arasında sərt telefon danışığı baş tutub