Egey dənizində silsilə zəlzələlər davam edir – bu gün 4,5 bal gücündə güclü zəlzələ baş verib.
QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.
Türkiyə Fövqəladə Hallar və Fəlakətlərin İdarə Olunması Agentliyinin məlumatına görə, zəlzələnin episentri 42 kilometr dərinlikdə yerləşib. Gün ərzində bütün güclü təkanlar saat 14:59-da qeydə alınıb.
Qısa fasilələrlə silsilə zəlzələlər təkrarlanıb; 11:57-də 3,5 bal gücündə, 12:01-də 4,1 bal; Saat 14:54-də 4.2 maqnituda qeydə alınıb.
Artıq iki həftədir ki, Egey dənizində zəlzələlər baş verir. Zəlzələlər səbəbindən əhalinin böyük bir hissəsi artıq Yunanıstanın Santorini adasını tərk edib.