This is a specific ad

“Əgər Gürcüstan tərəfindən dialoqa istək varsa biz hazırıq” – Valentina Matvienko

94

Another advertisement

Əgər Gürcüstan tərəfindən dialoqa istək varsa – o zaman biz indi də hazırıq.

Qafqaztürk Media xəbər verir ki, bu barədə Rusiya parlamentinin yuxarı palatasının Federasiya Şurasının sədri Valentina Matvienko bildirib.

Matvienkonun sözlərinə görə, gürcülər ruslara qarşı “dostluq” münasibətini saxlayarsa, Rusiya Gürcüstanla hətta parlament səviyyəsində dialoqa hazırdır.

“Əgər Gürcüstan tərəfindən dialoq istəyi varsa, o zaman biz diplomatik münasibətlərimizin olmamasına baxmayaraq, indi də buna hazırıq. Parlamentarilərin missiyası budur, onlar bunun üçün seçilirlər.

Hələlik heç bir əlaqə yoxdur, təbii ki, bu bizə görə deyil. Gürcüstanda çətin siyasi proseslər gedir, çox şeyə yenidən baxılır. Oktyabrda Gürcüstanda parlament seçkiləri keçiriləcək və təbii ki, onlar iqtisadi, sosial və siyasi inkişafın gedişatını müəyyən edəcək.

Baxmayaraq ki, Gürcüstanda vəziyyət belədir, burada Rusiyada bizim gürcü xalqına hörmətimiz var idi və hələ də elədir. Gürcü xalqı bizə yaxındır. Seçki kampaniyasının necə bitəcəyini görəcəyik”, – Matvienko bildirib.

Onun sözlərinə görə, Qərb “tanış ssenari və vasitələrdən istifadə etməklə” Gürcüstanın seçkiqabağı prosesinə müdaxilə etməyə çalışır.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Paris-2024: Azərbaycan ikinci qızıl medalını qazanıb
Öncəki yazı
“Mənim qələbəm sizə həsr olunub” – cüdoist Laşa Bekauri