Əfqanıstanda güclü zəlzələ: ölənlərin sayı 812-yə çatdı

60

Əfqanıstanda baş verən 6,1 bal gücündə zəlzələ nəticəsində azı 812 nəfər həlak olub, 2 800-dən çox insan isə yaralanıb. Məlumatı “Taliban” açıqlayıb.

Təbii fəlakət Cəlalabaddan 27 kilometr məsafədə qeydə alınıb. Əfqanıstanın səhiyyə qurumlarının məlumatına görə, zəlzələ nəticəsində üç kənd tamamilə dağılıb. Hazırda xilasedicilər dağıntılar altında qalan insanların axtarışlarını davam etdirirlər.

Daha əvvəl 600-dən çox nəfərin öldüyü bildirilirdi.

Kateqoriya: Dünya
Sonrakı yazı
Nənə nəvəsini TikTok canlı yayımında döydüyünə görə saxlanılıb
Öncəki yazı
Brüsseldə NATO–Ukrayna Şurasının fövqəladə iclası keçiriləcək