Əfqanıstanda baş verən partlayış zamanı “Taliban”ın qaçqınlar naziri Xəlil Həqqani həlak olub

94

Əfqanıstanın paytaxtı Kabildə terrorçu-kamikadze Daxili İşlər Nazirliyinin binasında partlayış törədib, nəticədə “Taliban”ın qaçqınlar naziri Xəlil Həqqani öldürülüb.

Partlayış nəticəsində Haqqanidən başqa daha 6 nəfər həlak olub.

Xəlil Haqqani Talibanın güclü fraksiyalarından olan Haqqani Şəbəkəsinin yüksək vəzifəli üzvü idi. O, ABŞ tərəfindən qlobal səviyyədə terrorçu elan edilib.

Hücuma görə məsuliyyəti İslam Dövləti (İD) qruplaşması öz üzərinə götürüb.

Kateqoriya: Cinayət, Dünya, Siyasət
Sonrakı yazı
İstintaq xidməti gömrük sərhədindən qanunsuz olaraq külli miqdarda mal keçirmə faktı üzrə iki nəfəri ifşa edib.
Öncəki yazı
FTB direktoru Donald Trampın andiçmə mərasimindən əvvəl istefa verəcək