This is a specific ad

Ədliyyə Evində xarici vətəndaşlar üçün tibbi sığorta xidməti tətbiq edilib

81

Another advertisement

Ədliyyə Evində xarici vətəndaşlar üçün tibbi sığorta xidməti tətbiq edilib.

QafqazTürk Media xəbər verir ki, xarici ölkə vətəndaşı bütün Gürcüstan üzrə Ədliyyə Evinin 121 filialında və səyyar ədliyyə evlərində sığorta polisi ala bilər.

Xidmət agentliyinin məlumatına görə, Gürcüstanda sığorta istəyən xarici müştərilər digər xidmətlərlə yanaşı, sadələşdirilmiş, çevik prosedura və sərfəli qiymətə müxtəlif sığorta paketləri almaq və qaldıqları müddətdə öz sağlamlıqlarının qeydinə qalmaq imkanı əldə edirlər.

“Sığorta polisi 1 il müddətinə nəzərdə tutulub və aşağıdakıları əhatə edir: şəxsi həkim və bütün ölkə ərazisində asanlıqla əldə edilə bilən digər tibbi xidmətlər; ailə həkimi ilə distant məsləhətləşmə; gözləmə müddəti olmadan profilaktik tədqiqatlar; rahat uzaqdan xidmətlər, məsələn: kompensasiya tələbi, elektron müraciət və ya zəmanət məktubu; 50% birgə maliyyələşdirmə ilə limitsiz planlı stomatoloji xidmətlər.

Yeni xidmətin tətbiqi hərrac yolu ilə seçilmiş “İmedi L” sığorta şirkəti ilə Ədliyyə Evi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilib”,- məlumatda deyilir.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
Heyvana qarşı amansız rəftar edən şəxsə həbs cəzası verildi
Öncəki yazı
4 წლის ბიჭს თავში კისტის თოფის ტყვია მოხვდა – ბავშვი თბილისშია გადაყვანილი