This is a specific ad

Ədəbiyyat üzrə Nobel mükafatına kimlər iddialıdır?

38

Another advertisement

Nobel həftəsi ənənəvi olaraq 2023-cü ilin oktyabrında keçiriləcək, lakin bukmeykerlər artıq reytinqlər tərtib etməyə başlayıblar.

Qafqaz Türk.com xarici mediaya istinadən xəbər verir ki, siyahıya görə, bukmeyker reytinqinin favoriti Haruki Murakamidir.

Avqustun 22-nə olan məlumata əsasən, onun qələbə şansı daha çoxdur.
Bukmeykerlərin reytinqində ikinci yerdə çinli avanqard yazıçı Den Syaohua qərarlaşıb.
O, əsərlərini “Tsan Syue” təxəllüsü ilə yazır.

Liderlərin reytinqində üçüncü yerdə avstraliyalı nasir Cerald Marneyndir lakin onunla birlikdə norveçli dramaturq Yuna Fossenin və rusiyalı yazıçı Lyudmila Ulitskayanın da qələbə şansları var.

Ədəbiyyat üzrə 2023-cü il Nobel mükafatı laureatı adına namizədlər sırasında Tomas Pinçon, Marqaret Etvud, Salman Rüşdi, özbəkistanlı yazıçı Hamid İsmailov və başqalarının da adı var.

Sonrakı yazı
Hindistan kosmik kəşfiyyat gəmidən ilk məlumatları açıqlayıb
Öncəki yazı
თავდაცვის მინისტრი ჯუანშერ ბურჭულაძე მარნეულში საავიაციო საშუალებების განვითარების პროცესს გაეცნო.